“Azərbaycan Tarixçiləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarlına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi Heydər Əliyev ilinə həsr olunan qrant müsabiqəsinin qalibi kimi “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomunu nəşr etmişdir.
Bu kitab Ümummilli Lider Heydər Əliyevin müstəqillik tariximizin ağır, məsuliyyətli, ümid, inam və zəhmət dolu bir dövrünü – 1993-2003-cü illəri edən siyasi fəaliiyət salnaməsidir.
Aynur xanım Bəşirlinin Azadmedia.az-a verdiyi məlumata görə xronika AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunub.
Xronikanın ideya müəllifi və tərtibçisi Ulu Öndər Heydər Əliyevi müşayiət etmiş jurnlaist korpusunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, jurnalist Aynur Bəşirlidir. Kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Xronikanın ilk nəşri olan “Prezident. Xronika. 1993-1997” kitabı Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə işıq üzü görüb. 1998-ci ilin sentyabrında “Prezident. Xronika. 1993-1997” kitabının təqdimatı Azərbaycan Prezidentinin iştirakı ilə keçən Azərbaycan Müəllimlərinin Qurultayında baş tutub. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə edib, onu həyatının bir hissəsi barədə kitab adlandırıb.
“Heydər Əliyev. Prezidentlik xronikası. 1993-2003” kitabı 1998-ci il nəşrinin yenidən işlənilmiş və tamamlanmış versiyasıdır. Kitab poliqrafik və dizayn cəhətdən birinci nəşrin, əsasən, təkrarı olsa da, onu fərqləndirən cəhətlər də az deyil. Bu nəşrə yeni fotolar salınmış, coğrafi və xüsusi adları ehtiva edən “Ad göstəricisi” əlavə olunmuşdur.
Kitab dövlət qurumlarına, elm-təhsil ocaqlarına, kitabxanalara və ictimai təşkilatlara pulsuz paylanacaqdır. “Heydər Əliyev. Prezidentlik xronikası. 1993-2003” kitabının elektron versiyası kitabxanaların elektron resurslarına daxil ediləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.