Cəlil Xəlilov: “8 Noyabr zəfərinin əldə edilməsində digər qoşun növləti kimi onların da böyük əməyi var”
“Sərhədçilər müharibənin ilk günündən erməni faşizminə qarşı mübarizədə böyük igidliklər göstərib”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr qələbəsi nəticəsində sərhədlərimizin bərpa edilməsində, habelə post-müharibə dönəmində bu sərhədlərin möhkəmlənməsində DSX-nin mühüm rolu olub:
“Qəhrəman sərhədçilərimiz 44 günlük Vətən müharibəsinin hər günü, hər anında erməni faşizminə qarşı cəsarət və rəşadətlə mübarizə aparıb, vətən torpaqlarının işğaldan azad edilməsində böyük qəhrəmanlıqlar göstəriblər. Təsadüfi deyil ki, sərhədçilərimizin Vətən müahribəsində göstərdiyi bu qəhrəmanlıqlar Ali Baş Komadnan tərəfindən də yüksək qiymətləndirilmiş, xeyli sayda sərhədçi müharibədəki qəhrəmanlığına görə müxtəlif orden və medallarla təltif edilmişdir.
8 Noyabr zəfəri nəticəsində dövlət sərhədlərimiz tam bərpa olunmuşdur. DSX post-müharibə dönəmində də bu sərhədlərin möhkəmlənməsi, onların etibarlı şəkildə müahfizəsi istqiamətində irimiqyaslı tədbirlər həyata keçirmişdir. Bu gün bütün dövlət sərhədlərimiz etibarlı şəkildə qorunmaqda, mühafizə edilməkdədir.
Mən 8 Noyabr Zəfər Günü münasibətilə başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçilərimizi təbrik edir, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram. Sərhədçilərimizin bu böyük qələbəyə bəxş etdikləri töhfə əsrlər sonra da hər zaman qürur hissi ilə xatırlanacaq, minnətdarlıqla yad ediləcək”.
Seymur ƏLİYEV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.