Təhsil eksperti, millət vəkili Etibar Əliyev təhsildə baş verən daha bir rəzaləti qabardıb. Azadmedia.az millət vəkilinin yazdıqlarını olduğu kimi təqdim edir, qərarı siz verin:
"
Azərbaycanda Hədəf STEAM liseyi fəaliyyət göstərir. STEAM nədir? S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), A – Art (sənət), M-mathematics (riyaziyyat). Başqa sözlə STEAM təbiət elmləri və texnologiyanı, texniki yaradıcılıq və riyaziyyatı birləşdirən sahələrarası yanaşmadır, öyrətmədir. STEAM-ın kurikulumu yoxdur, kurikuluma əlavədir.
Bu liseyin rəhbəri Şəmil Sadiq ixtisasca filoloqdur. Rəhbər heyət də filoloqlardan formalaşıb. Bir filoloqun STEAM kimi ciddi fənlərarası sahədən danışmasının qəbahət olduğunu yazmışdım. Liseyin perspektivsiz olduğunu yazmışdım. Mənim fikrimin doğru olduğunu təsqdiqləmək üçün liseyin səhifəsindəki laboratoriya, kitabxana və STEAM kabinetə və rəhbər heyətə diqqət etmək kifayətdir. Dərhal hiss olunur ki, valideynlər və bütövlükdə Azərbaycan cəmiyyəti ələ salınır. Mənim bu iradımda cavab vermək əvəzinə liseyin direktoru Ş. Sadiq şəxsimə qarşı əxlaqsız ifadələr işlətdi. Səhifəmdə işlətdiyi əxlaqsız ifadələri saxlamışam. Leksikonunda belə ifadələr olan bir adama necə uşaq etibar etmək olar? Şübhəsiz ki, bu barədə hüquqi müstəvidə çəkişməmiz olacaq.
Adam insanları aldadaraq topladığı milyonlara və ətrafına yığdığı tərifçilərə (əsasən eyni regiondan olanlardır) arxalanaraq özünə “Təhsil texnoloqu”, “İnsan mühəndisi”, “STEAM mütəxəssisi” və s. kimi adlar quraşdırıb. Maraqlıdır ki, onu tərifləyənlərdən biri yazır ki, mənim “İnsan mühəndisi” anlayışından xəbərim yoxdur, bunu yalmız Şəmil bilir. Ay bədbəxtlər! Anlayışım var və məqsədinizi də bilirəm. “İnsan mühəndisliyi” -Yevgenikadır, analyış nasizmə gedib çıxır. Həm də nurçuluğa, bəli nurçuluğa...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.