AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənə yüz il ömür arzulamayın...

  • + A
  • - A
  • 13-11-2023, 14:10

    Mənə yüz il ömür arzulamayın...

    Bir dəfə yazmışdım, qocalıq Tanrının insana verdiyi cəzadır. Yaşlı tanışlardan inciyənlər olmuşdu.
    Bir köhnə qonşumuz var, çoxdandır görüşmürdük. Dünən ziyarətlərinə getdik. Qoca ər və arvad (87,86 yaslarında) hərəsi bir çarpayıya uzanıb. Düzü, bizi tanımadılar. Özümüzü təqdim edəndən sonra qadın kövrəldi. Lakin hiss olunurdu ki, ağlı tam özünü idarə etmir. Diqqətimi otağın səliqəsizliyi, qadının əynindəki çirkli, nimdaş geyimləri çəkdi. Servantın tozundan aydın olurdu ki, uzun müddətdir otaq təmizlənmir.
    Əvvəllər tez-tez getdiyimiz, səliqəli, şirni iyi gələn evdən indi natəmizlik iyi gəlirdi.
    Kövrəlməmək insanın əlində deyil.
    Bəlkə də, mənzərənin təsviri ilə o qənaətə gələrsiz ki, onların övladları yoxdur. İki övlad sahibidirlər. İç-içə otaqlarda oğlunun ailəsi ilə yaşayırlar. Gəlinləri xaxoldur. Arxa otaqda TV proqramı izləyirdi. Oğlanları hər yeri diqqətlə süzdüyümü sezib "filankəs cox yaxsi baxir valideynlərimə, yoldaşımdi deyə demirəm, adamın başında Allahı var".
    Təbii, bir kişin yoldaşının müdafiəsinə qalxmağı təqdirəlayiqdir. Ancaq qoca valideynlərini baxımsız qoymaq qeyrətsizlik deyilmi.
    Fikirləşdiyini yoldaşının ana dilində dilə gətirən kişidən anasına mərhəmət gözləmək nə dərəcədə doğrudur, bilmirəm.
    Gecəni o qədər narahat yatmışam. Çox yaşamaq qorxusu kabusuma çevrilir.
    Elida Muxayeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR