Price.ru onlayn məhsul və qiymət müqayisəsi xidmətinin araşdırmasına əsasən məlum olub ki, oktyabrda Rusiyada əsas iPhone 15-ə tələbat yeni məhsulun təqdim edildiyi sentyabr ayı ilə müqayisədə demək olar ki, yarıya qədər azalıb, qiymətlər də aşağı düşüb, orta hesabla 8-13%. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Araşdırmada qeyd edilir ki, sentyabrda baş tutan yeni iPhone modelinin təqdimatından sonra onlara maraq getdikcə azalıb. Oktyabrda sentyabr ayı ilə müqayisədə əsas iPhone 15 modelinə onlayn tələbat 45%, iPhone 15 Pro üçün isə 13% azalıb. iPhone 15 Plus modeli üçün maraq 26% artıb.
Nəşr vurğulayır ki, son iki həftə ərzində Apple-ın yeni smartfon modellərinin qiymətində modeldən asılı olaraq 8-13% ucuzlaşma müşahidə olunub.
Bundan əvvəl məlum olub ki, iPhone pul ifadəsində satış həcminə görə smartfonlar arasında lider olmaqda davam edir. Baxmayaraq ki, Apple öz məhsullarının Rusiyaya rəsmi çatdırılmasını dayandırıb və satılan qadcetlərin sayı azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.