İraqın “Al Rabiaa” telekanalı Rusiya və İsrail vətəndaşı olan tədqiqatçı Elizaveta Çurkovanın oğurlanmasından sonra ilk dəfə göründüyü videonu yayıb. Kamerada o, İsrail və Amerika kəşfiyyat orqanlarında işləməkdən danışır və İsraili Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edir.
Azadmedia.az xəbər verir ki, telekanal videonun kimdən alındığını və tədqiqatçının hazırda harada olduğunu açıqlamır. Videoda xanım Çurkova iddia edir ki, o, Suriyada İsraillə “ölkənin şimal-şərqində Suriyanın demokratik qüvvələri” arasında əlaqələr qurmaq üçün çalışıb.
Tədqiqatçı bir sıra başqa açıqlamalar verib və ailəni onun azadlığa buraxılmasını tələb etməyə çağırıb. 2021-ci ildə xanım Çurkova Suriya və ya İraqa növbəti səfəri planlaşdırıldığı kimi getməsə belə, məhbus mübadiləsinə qarşı olduğunu söyləyib.
İsrail iyul ayında Elizaveta Çurkovanın qaçırıldığını bildirib. O, Rusiya pasportu ilə araşdırma məqsədilə getdiyi İraqda yoxa çıxıb. Xanım Çurkova ABŞ-ın Prinston Universitetində doktorluq dissertasiyası müdafiə etməli və elmi tədqiqatlar aparmalı idi. KİV-in məlumatına görə, o, mart ayında yoxa çıxıb və İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qolu olan Əl-Qüds Qüvvələri tərəfindən yaradılan “Kətaib Hizbullah” qruplaşmasının əlində ola bilər. Eyni zamanda, İsrail öz vətəndaşının taleyinə görə İraqı məsuliyyətli hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.