AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkərli diabet həyatı əhəmiyyətli dərəcədə qısaldır

  • + A
  • - A
  • 14-11-2023, 20:48

    Şəkərli diabet həyatı əhəmiyyətli dərəcədə qısaldır

    Kembric və Qlazqo universitetlərinin mütəxəssislərinin rəhbərlik etdiyi elmi qrup şəkərli diabetin ömrün 14 il azaldığını müəyyən edib. Tədqiqatın nəticələri The Lancet Diabetes & Endocrinology jurnalında dərc edilib.

    Tədqiqatda 19 ölkədən 1,5 milyona yaxın insan iştirak edib. Britaniya alimlərinin işi şəkərli diabetin insan ömrünün uzunluğuna təsiri ilə bağlı iki böyük beynəlxalq araşdırmanın məlumatlarına əsaslanırdı. Alimlər iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və onların hansı yaşda xəstəliyə tutulduğunu qeyd ediblər.

    Məlum oldu ki, 2-ci tip şəkərli diabet nə qədər tez aşkar edilərsə, insanın ömrü bir o qədər azalır. Elm adamları hesablayıblar ki, 30 yaşında şəkərli diabet diaqnozu qoyulmuş şəxslər sağlam insanlardan təxminən 14 il tez ölürlər. 40 yaşında xəstəlik aşkarlanan insanlarda ömür uzunluğu on il azalıb. Diaqnozunu 50 yaşında öyrənən subyektlər 6 il az yaşayıblar.
    Tədqiqat müəllifləri qeyd ediblər ki, onların işləri şəkərli diabetin əsasən yaşlılar üçün təhlükəli olduğuna dair ümumi inamı təkzib edir. Alimlər bildiriblər ki, xəstəlik vaxtında aşkar edilərsə və müalicəyə başlansa, ömrün qısalmasının qarşısını almaq olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR