50 vakant ştat vahidi üzrə 136 namizəd yazılı imtahanda iştirak edir
Bu sözləri Azadmedia.az-a Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbul imtahanının ikinci – yazılı imtahan mərhələsinin açılışı zamanı çıxışında qeyd edib.
Baş prokurorun müavini əlavə edib ki, hazırkı müsabiqənin yazılı imtahan mərhələsində 136 namizəd iştirak edir.
Namizədlərdən 29-nun qadın olduğunu qeyd edən Heydər Məmmədov əlavə edib ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.