AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Polisi lazım olanı yumşaq tərzdə edir

  • + A
  • - A
  • 15-11-2023, 16:45

    Azərbaycan Polisi lazım olanı yumşaq tərzdə edir

    Bu gün baş verən hadisədə qeyri-adi heçnə yoxdur, süni şəkildə bəlli kəslər məsələni şişirdirlər. Polis çevik hərəkət edir, bunu etməyə məcburdur, çünkü Polisi zəif bilib, qeyri-cəld bilib kiçik ictimai asayişin nəticəsi insan ölümlərinə qədər davam edə bilər, şiddətlənə bilər. Azərbaycan Polisi bütün etirazlarda, mitinqlərdə, aksiyalarda lazım olanı edir, ancaq dünya praktikasından, özünə demokratik ölkə deyən ölkələrdən fərqli olaraq yumşaq tərzdə edir, çünkü hər zaman sonda görürük ki, heç bir etirazçı xəsarət almadan icazəsiz aksiya dağıdılıb. Aksiya keçirmək istəyənlərə də qanuni aksiya keçirmələri üçün onlara yaradılan şəraitləri onlara xatırlanır, sosial bazaları olmadıqları üçün şəhərin mərkəzinə, insanların sıx toplaşıb dincəldiyi məkanlara üz tuturlar ondan ötrü ki, sayları çox görünsün.

    Qazilərimiz də Azərbaycan Polisi qədər fəxrimiz, qürur duya biləcəyimiz qeyrətli Azərbaycan kişiləridir. Bəzi qazilərin Azərbaycan Polisinə qarşı olan təxribatı, Polisin səbirini tarıma çəkməsi qazi adına yaraşan hal deyil, bu bilə-bilə qəsdən edilir, Azərbaycan Polisinin son illər daha da artan nüfuzu bəlli kəsləri qıcıqlandırır, məqsəd Azərbaycan Polisini əsasən ölkə xaricində nüfuzdan salmaqdır, eyni zamanda ölkə daxilində də. Həmin qazilərin hər biri fərd olaraq yalnız özlərini əksildirlər. Döyüş meydanında təxribat törədən erməninin əməllərinə son qoyulması üçün savaşan qazi, Bakının mərkəzində təxribat törətməməlidir. Bu əməlləri paradoksdur. Bütün dünyada olduğu kimi Azərbaycanda da Polis ictimai asayişi qorumalıdır, burada, kimsə qazidir deyə ona "ictimai asayişi pozmaq olar", kimsə qazidir deyə, "inciyə bilər" və.s hallar qəbuledilməzdir.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR