AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalist əcnəbini aldadıb pulunu alıb, indi də şantaj edir (Foto)

  • + A
  • - A
  • 16-11-2023, 10:54

    Jurnalist əcnəbini aldadıb pulunu alıb, indi də şantaj edir  (Foto)

    "Bakıxəbər" qəzetinin (bakıxəbər tv) əməkdaşı, özünü "politoloq" adlandıran bu adam əcnəbi vətəndaşın miqrasiya sənədlərini düzəldəcəyini vəd edərək ondan 5100 manat pul alıb. Sənədi düzəltməyib və indi də pulu qaytarmır. Azadmedia.az xəbər verir ki, məlumatı araşdırmaçı-jurnalist Samir Feyruzov sosial media hesabında yayıb. S.Feyruzov qeyd edir ki, əcnəbi vətəndaşın şikayəti əsasında bu adama zəng etdim, hər şeyi etiraf etdi və pulu qaytarmaq üçün bir gün vaxt istədi. Dünən qaytarmalı idi. Bu gün isə əcnəbi vətəndaşı şantaj edir, deyir ki, əgər məndən pul istəsən, səni sərhəddən keçməyə qoymayacam.
    "Aydin Guliyev, əməkdaşınız həm də sizin adınızdan mənimlə danışdı və xahiş etdi. Səs yazıları və görüntüləri var, ali dövlət qurumlarının adından danışaraq, əcnəbi vətəndaşı aldadıb" - yazan müəllif DİN-ə müraciət edərək bildirib ki, səs yazıları var, əcnəbi vətəndaş şikayətçidir, o, şantaj edilir, ailəsi ilə bərabər öz ölkəsinə qayıtmaq üçün pulunu ala bilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR