AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran 1 saylı Mediasiya Təşkilatının yeni ofisinin ictimai təqdimatı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 16-11-2023, 11:11

    Lənkəran 1 saylı Mediasiya Təşkilatının yeni ofisinin ictimai təqdimatı keçirilib - FOTOLAR

    Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatının yeni ofisinin ictimai təqdimatı keçirilib.

    Abidənin ziyarətindən sonra Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Lənkəran 1 saylı mediasiya təşkilatının və regionu təmsil edən mediatorlar Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun rəsmi qəbulunda olublar. İctimai təqdimatda Lənkəran şəhəri də daxil olmaqla, regionu təmsil edən müxtəlif dövlət və ictimai təsisatların nümayəndələri, eyni zamanda Lənkəran 1 saylı mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında əməkdaşlıq edən mediatorlar, Salyan 1 saylı Mediasiya Təşkilatının rəhbəri Elman Hənifəli, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Cəbrayıl 1 saylı mediasiya təşkilatının rəhbəri Tahir Balakişiyev, Masallı 1 saylı mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədov iştirak ediblər.

    İştirakçılar cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların mediasiya təsisatının inkişafında mühüm rol oynadığını qeyd edərək yeni peşə kimi mediator peşəsinin ictimai nüfuz qazanmasını və hər gün mediasiya sahəsində barışıq sazişlərinin həcminin artmasını xüsusi qeyd ediblər. Nadir Adilov: “İki il bundan öncə bu cür ofislərdə yerləşmək və fəaliyyət göstərmək istər mediasiya təşkilatları, istərsə də mediatorlar üçün xəyal idi, çünki yeni yaranan zaman şəraitsiz ofislər və müəyyən problemlər mövcud idi. Amma cənab Prezident tərəfindən imzalanmış Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun mediasiya institutunun inkişafına göstərdiyi əvəzsiz təşviq siyasəti və dəstəyi sayəsində artıq mediasiya təşkilatları və mediatorlar üçün vətəndaş mənmunluğunu təmin etmək məqsədilə mövcud infrastruktur imkanları da yaradılır. İstər mediasiya təşkilatları, istərsə də mediatorların müasir infrastruktura malik ofislərdə xidmət göstərməkləri işin keyfiyyətinə də çox ciddi və müsbət təsir edir və vətəndaşlar arasında mediasiyaya inamı və etimadı artırır”.

    N. Adilov eyni zamanda Mediasiya Şurasının 2023-cü ildəki fəaliyyəti barədə hesabatla da çıxış edib. O, Mediasiya Şurasının 2023-cü ildə gördüyü işlər barədə geniş hesabat verib.

    Daha sonra çıxış edən Lənkərən 1 saylı mediasiya təşklilatının rəhbəri Ramin Şükürov bu günədək Lənkəran 1 saylı mediasiya təşkilatının gördüyü işlər barədə ictimaiyyətə, mediatorlara və Mediasiya Şurasının rəhbərliyinə hesabat verərək görülən işləri, əldə edilən barışıq sazişləri barədə məlumatları mediasiyanın məxfilik prinsipi qorunmaqla qeyd edib: “Müasir ofisdə fəaliyyət mediasiya sahəsində təkcə xidmət keyfiyyətinin artırılması sahəsində deyil, eyni zamanda könüllü mediasiya işləri üzrə tərəflərin müraciətlərinə də müsbət təsir göstərib”





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR