Qazimiz Kamran Baxşizadə 1994-cü ilin 14 oktyabr tarixində dünyaya göz açıb. O, 2020-ci ilin 14 oktyabrında Vətən müharibəsində yaralanır və hər iki gözünü itirir. Lakin bu faciə həyatına qaldığı yerdən davam etməsi üçün ona əngəl olmur. Anası Kamran üçün kitablar oxuyur, onu ikinci təhsilə hazırlayır. Beləcə Kamran Bakı Dövlət Universitetinə qəbul olaraq, yenidən tələbə adını qazanır.
Kamran möhkəm iradəsi, bitməyən həyat eşqi və əzmkarlığı ilə hərkəsə örnək olmağı bacarır. “YAŞAT” Fondu ilk gündən qazimizin yanındadır və təhsil həyatında da ona dəstək olmağa davam edəcək.
https://youtu.be/R6PvWUgLknQ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.