AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreya hakimiyyəti it ətinin istehlakını qadağan etmək qərarına gəlib

  • + A
  • - A
  • 17-11-2023, 23:57

    Cənubi Koreya hakimiyyəti it ətinin istehlakını qadağan etmək qərarına gəlib

    Cənubi Koreya hökuməti hakim Vətəndaş Qüvvəti Partiyası ilə birlikdə 2023-cü ilin sonuna qədər it ətinin istehlakını qadağan edən qanun layihəsini nəzərdən keçirəcək. Yonhap Agentliyin məlumatına görə, hökumət it əti sənayesində çalışan işçiləri başqa işlərə keçməyə və ya bizneslərini bağlamağa həvəsləndirməyi planlaşdırır. Alternativ olaraq, hökumət bazar iştirakçılarına maliyyə stimulları təklif edəcək. Bununla belə, onlar yalnız dövlət qurumlarına hesabat verənlərə təklif ediləcək, Yonhap qeyd edir. Qanun layihəsində heyvanların sağlamlığının qorunması sisteminin təkmilləşdirilməsi, xüsusilə baytarlıq müəssisələrinin müasirləşdirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.

    Agentlik hökumətin statistikasına istinadən yazır ki, Cənubi Koreyada 1150 it ferması, 34 ət zavodu, 219 distribütor və it əti məhsulları satan 1600-ə yaxın restoran var. Bu gün, noyabrın 17-də sənaye işçiləri təklif olunan qanun layihəsinin rədd edilməsi tələbi ilə parlament binası yaxınlığında aksiya keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR