Azərbaycanın tərkibində yeni rayon yaradılacaq, daha doğrusu, yenidən yaradılacaq. Sözügedən rayon işğaldan azad edilən ərazilərdə yaranacaq.
30 ildən çox fasilədən sonra Ağdərə rayonu yenidən Azərbaycan xəritəsində görünəcək.
APA-nın məlumatına görə, müvafiq qanun layihəsinə Milli Məclisdə baxılacaq. O, dövlət başçısının təklifi ilə qanunvericilik orqanına daxil edilib.
Xatırladaq ki, Ağdərə rayonu 1992-ci ildə fəaliyyətini dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.