AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tibbi xidmət sayı 3315-ə çatdırılıb

  • + A
  • - A
  • 22-11-2023, 13:28

    Tibbi xidmət sayı 3315-ə çatdırılıb

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın açıqlaması:

    Bildiyiniz kimi icbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənmişdir. Tibbi xidmət sayı 3315-ə çatdırılmışdır. Sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
    2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olmuşdur.
    Qeyd edim ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR