AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlkin səhiyyə xidməti göstərən 86 tibb müəssisəsinə yeni optik xətlər çəkilib

  • + A
  • - A
  • 23-11-2023, 09:39

    İlkin səhiyyə xidməti göstərən 86 tibb müəssisəsinə yeni optik xətlər çəkilib

    Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində optik şəbəkə infrastrukturunun yaradılması prosesi yekunlaşmaq üzrədir

    Davamlı və sürətli data mübadiləsinin aparılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən və Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində müasir elektron tələblərə cavab verən yeni infrastruktur qurulur. Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində bu ilin əvvəlindən başlanılan optik xətlərin çəkilməsi prosesinin il sonuna kimi yekunlaşması planlaşdırılır.

    Bugünədək Mərkəzin tabeliyində fəaliyyət göstərən 86 tibb müəssisəsində yeni optik xətlərin çəkilməsi prosesi tam bitib və ilin sonunadək daha 11 tibb müəssisəsində prosesin həyata keçirilməsi nəzərdə tutulur.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən bu prosesin sonunda tabeli tibb müəssisələri TƏBİB və Agentliyin vahid bazası ilə davamlı data mübadiləsi, müəssisələrarası şəbəkə əlaqəsi və kəsintisiz internetlə tam təmin ediləcək.

    Proses yalnız optik xətlərin çəkilməsi ilə yekunlaşmır, sonrakı mərhələdə müəssisələrin daxili şəbəkə infrastrukturu da tam yenidən qurulacaq və bu da öz növbəsində həm müəssisələrin əməkdaşlarının, həm də vətəndaşların işlərini xeyli asanlaşdıracaq.
    Qeyd edək ki, yeni infrastruktur qurulan hər bir tibb müəssisəsində personalın qeydiyyatına nəzarət edən “Face-control” (üz tanıma) sisteminin tətbiqinə başlanılıb.
    Optik xətlərin çəkilməsinin digər üstün cəhətlərindən biri də asan idarəetmənin həyata keçirilməsidir. Belə ki, bütün tibb müəssisələrində optik infrastruktur qurulduqdan sonra məlumat təhlükəsizliyinin qorunması məqsədilə onların elektron sistemlərə giriş-çıxışına və eləcə də data məlumatlara nəzarətin həyata keçirilməsinə etibarlı imkan yaradılacaq.

    Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər imkan verir ki, ilkin səhiyyə xidmətlərinin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və vətəndaş məmnunluğu təmin edilsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR