Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatına bildirmişdir ki, “hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.
Məlum olduğu kimi, İraq Azərbaycanın dövlət müstəqilliyini rəsmi şəkildə 2 yanvar 1992-ci ildə tanımış və cəmi üç ay sonra, həmin ilin 30 mart tarixində iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılmışdır.
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır.
İraq Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu;Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Bunlar ikitərəfli münasibətlərin inkişafı üçün əsaslı hüquqi baza yaradır. Hazırki şəraitdə dövlətlərimiz arasında iqtisadi, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var, bu isə qarşılıqlı maraq doğuran məsələlərdə biznes strukturları arasında birbaşa əlaqələrin qurulması, yeni təsisatların formalaşmasını tələb edir və ciddi səmərə verə bilər.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, İraq Respublikası Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.