Məmmədzadə Təranə Ramana qəsəbəsində yerləşən 90 nömrəli məktəbin 2-ci sinif şagirdidir. Noyabr ayının 7-də anası Vüsalə xanım övladını dərsə sağlam yola salsa da, atası qızı məktəbdən gətirəndə şok yaşayıblar. Uşağın bir gözü tam qara-qançır, bağlı şəkildə olub. Ataya bildirilib ki, Zəfər Günü ilə bağlı tədbirdə uşaqlar toqquşub, digər uşağın başı qızcığazın gözünü bu hala salıb. Hadisənin 2 saat əvvəl baş verildiyi bildirilsə də, heç bir tibbi müdaxilə göstərilməyib. Həmin gün ailənin başı övladına qarışıb, məktəbdən zəng edib uşaqla maraqlanan olmayıb. Ertəsi gün valideyn uşağın sinif rəhbəri Şükürova Südabə müəllimə zəng edəndə Südabə müəllim soyuqqanlıqla uşağın toqquşduğunu bildirib, valideyni hay-küy qaldırmağa görə qınayıb, hətta biraz irəli gedərək deyib ki, uşağın ölməyib ki, belə səs-küy salırsan? Vüsalə xanımın direktorla danışmaq istəyinə də sərt reaksiya verən sinif rəhbəri bildirib ki, direktor Nəbiyeva Svetlananı narahat edə bilməz, tətildi, direktor dincəlməyə gedib. Valideynlər 3 gün sonra 102 xidmətinə zəng etdikdən sonra, direktor əl-ayağa düşüb, danışıqlara getmək istəyib. Vüsalə xanım Azadmedia.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, hər iki valideyn tibb işçisiyik, desəydilər vaxtında müdaxilə edərdik. Qızcığaz saatlarla köməksiz qalıb. Hazırda uşağın gözünü 3 həkim müalicə edir. Görməsi zəifləyib. Məktəbdən heç kim qapıya gəlib uşaqla maraqlanmır. Ayın 12-dən uşaq dərsə getmir, dərslərdən geri qalır. Hadisə məktəbdə baş verib. Valideynlər uşağın hələlik evdə təhsilinin bərpasını istəyir.
Nail ola biləcəklərmi? Soyuqqanlı direktor və sinif rəhbəri etinasızlığa görə cəzalanacaqmı? Onu iş günü əlaqədar qurumlara sorğu göndərib öyrənəcəyik.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.