Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan beşinci girov qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib. Azadmedia.az-ın məlumatına görə Əl-Ərəbiyyə telekanalı adı açıqlanmayan fələstinli rəsmiyə istinadən xəbər verir.
"Həmas bir qrup girovu Qırmızı Xaça təhvil verib", - telekanalın açıqlamasında deyilir.
Bazar ertəsi Qətər və Misirin vasitəçiliyi ilə Həmas və İsrail Qəzza zolağında saxlanılan daha çox israilli girovları azad etmək üçün dörd günlük humanitar atəşkəsin müddətini daha iki gün uzatmağa razılaşıblar. Beləliklə, atəşkəs noyabrın 30-u səhərə qədər qüvvədədir. Media Misir, Qətər, ABŞ və İsrailin atəşkəsin davam etdirilməsi imkanlarını müzakirə etdiyini yazıb.
İsrail və Qətər zolağında hökmranlıq edən Fələstin HƏMAS hərəkatı Qətərin vasitəçiliyi ilə oktyabrın 7-də münaqişənin kəskinləşməsindən sonra ilk genişmiqyaslı razılaşmaya noyabrın 22-də nail olublar: tərəflər mübadilə etmək üçün dörd gün ərzində hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. onlarla girov və məhbus bir-birinin əlindədir. Dörd günlük atəşkəs noyabrın 24-də yerli vaxtla saat 07.00-da başlayıb və çərşənbə axşamı daha iki gün uzadılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.