AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun əhəmiyyəti -Qht sədri

  • + A
  • - A
  • 28-11-2023, 19:29

    Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun əhəmiyyəti -Qht sədri

    Azərbaycan-Özbəkistan əlaqələrin möhkəmlənməsində vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatlarının rolu danılmazdır.

    Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər dövlətlərarası dialoqun genişlənməsində, bu və ya digər sahədə əməkdaşlıq üzrə imzalanmış saziş və müqavilələrdən qaynaqlanan tədbirlərin, birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməklə həm vətəndaş cəmiyyətinin inkişafına, həm də xalqlar və ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə ciddi təkan vermək imkanına malikdir.

    Bu baxımdan ölkəmizdə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə olaraq keçirilən beynəlxalq Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu mühüm əhəmiyyətə malikdir.

    Forumun Özbəkistanın Azərbaycan hökumətinə hədiyyə etdiyi məktəbdə həyata keçirilməsi də rəmzi məna daşıyır.

    Tədbirdə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə Özbəkistanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatları arasında əməkdaşlıq barədə memorandumun imzalanması da olduqca önəmlidir.

    Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyəti təsisatları arasında əlaqələri möhkəmlədəcək, təcrübə mübadiləsinə geniş imkan verəcək.

    Etibar Məmmədov
    Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR