AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə qadınlar üçün dərzi kursları təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 26-01-2024, 11:24

    Gəncədə qadınlar üçün dərzi kursları təşkil edilib - FOTOLAR

    “Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən ilin noyabr ayından etibarən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsü çərçivəsində həssas vəziyyətdə olan qadınlar üçün iki aylıq dərziçilik kursu təşkil edilib.

    “Təmas – Sərvi” MMC-nin direktoru Kubra Ələkbərova bildirib ki, dərzi kursları 2 peşəkar təlimçi tərəfindən həyata keçirilir: “Təşkil olunan nəzəri və praktiki təlimlər nəticəsində onlar dərzi peşəsi üzrə əsas bilik (məs., parçalar və onların səciyyəvi xüsusiyyətləri, tikiş avadanlıqları ilə bağlı məlumatlar və terminologiya, lekalların hazırlanması, ölçü standartları, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və s.) və bacarıqlara (elektron cihazlardan istifadə etmək, dəqiq ölçüləri götürmək, materiallardan səmərəli istifadə, kəsmə və tikmə işlərini aparmaq, komandada işləmək və s.) yiyələnə biləcəklər. Onlar tərəfindən hazırlanan məhsullar təşəbbüs çərçivəsində təşkil olunan sərgilərdə təqdim olunacaqdır. Peşə təlimi ilə yanaşı onlar üçün şəxsi inkişaf, emosional intellekt, insan resurslarının idarə olunması, menecerlik bacarıqları və digər yumşaq bacarıqlar, maliyyə savadlılığı, fərdi, korporativ satışların artırılması kimi mövzularda mentorluq sessiyaları təşkil olunacaqdır”.

    Təşəbbüsün rəhbəri Kubra Ələkbərova qeyd etdi ki, fəaliyyətlərin cəmiyyətə verdiyi əlavə dəyər həssas vəziyyətdə olan qadınların işlə təmin olunması, iqtisadi müstəqilliyin qazanılması, sahibkarlıq düşüncə tərzi və bacarıqların inkişaf etdirilməsi həmçinin reabilitasiya, peşə və iş imkanlarının təşkil olunmasına dəstək göstərməkdir.

    Qeyd edək ki, təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR