AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı 14 il müddətinə azadlıqdan məhrum edilib

  • + A
  • - A
  • 31-01-2024, 10:55

    Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı 14 il müddətinə azadlıqdan məhrum edilib

    Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibi korrupsiya və xarici hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edib. Azadmedia.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

    Bundan əvvəl Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

    Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrlənmiş teleqram aldığını açıq elan etdikdən sonra başlayıb, siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində bildiriblər. “2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə edib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR