AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

  • + A
  • - A
  • 4-02-2024, 16:00

    Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

    Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” komandasının Yerə qayıdışı bir gün daha təxirə salınıb.

    AzadMedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, səbəb kimi Floridadakı əlverişsiz hava şəraitinin göstərildiyi açıqlamada “Dragon” kapsulunun ən tez fevralın 6-da stansiyanı tərk edəcəyi bildirilib.

    Astronavt Gezeravcı və qrupun səfərinin təxminən 13 saat davam etməsi gözlənilir.

    Qeyd edək ki, ötən gün komandanın fevralın 5-dən daha tez Beynəlxalq Kosmik Stansiyanı tərk edə bilməyəcəyi açıqlanmışdı.

    Xatırladaq ki, “Axiom-3” komandasının bu gün Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi gözlənilirdi. Komanda yanvarın 19-u kosmosa yola düşmüşdü.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR