10 min manatlıq tikinti avadanlıqları alan vətəndaş ədv çeki ala bilməyib. Azadmedia.az-a şikayət edən vətəndaş bildirib ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən mağazadan 10 min manata yaxın alver etsə də, ona ədv çekləri verilməsindən imtina edən Bayramoğlu İnşaat mağazasından bildirilib ki, ədv ilə işləmək onlara sərf etmir. Şikayətçinin bildirdiyinə görə mağaza bütün cənub bölgəsinin müraciət etdiyi bir məkandı, gündəlik alver 200-300 minlə ölçülsə də kassaya 500-600 manat pul vurulur. Vətəndaş çeklərinin bəzisinin fotosunu yollayıb.
Belə vəziyyətdə vətəndaş nə etməlidir?
Mövzu ilə bağlı Vergilər Nazirliyinə müraciətimizə cavab olaraq bildirdilər ki, ƏDV-nin qayıtması üçün bir neçə şərt var ki, onlardan birincisi gərək vergi ödəyicisi ədv ödəyicisi olsun (yəni dövriyyəsi 200 min manatı aşan ödəyici - müəl.), alınan mal ƏDV-yə cəlb edilən olsun və ödəniş yeni nəsil kassa aparatı vasitəsilə ödənsin. Ehtimalla tikintidə olan problem buna bağlıdır.
Qurumdan məsləhət gördülər ki, alıcılar daha dəqiq məlumat almaq üçün və qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək rəsmi səhifə vasitəsilə müraciət edə bilərlər:
https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.