AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu"nun əməkdaşlarının iştirakı ilə I yarımilin yekunlarıyla bağlı görüş keçirildi

  • + A
  • - A
  • 14-02-2024, 12:26

    "Masallı Təhsil Fondu"nun əməkdaşlarının iştirakı ilə I yarımilin yekunlarıyla bağlı görüş keçirildi

    Azərbaycan Respublikasında Dövlət Təhsil siyasətinin başlıca məqsədi konseptial prinsiplər əsasında milli təhsilimizin inkişafına imkan və şərait yaratmaqdır. Bu deyilənləri əsas götürərək Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə təhsilimizin inkişafı naminə aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qız övladlarının Dövlət Universitetlərinin Pedaqoji ixtisasları üzrə oxumaqlarına kömək məqsədi ilə "Masallı Təhsil Fondu" yaradılıb.
    4 ildir ki, fəaliyyət göstərən "Masallı Təhsil Fondu" 200 nəfər tələbəni himayəyə götürmüş, onları təhsil haqqları və təqaüdlə təmin etmişdir.
    2019/2020-ci tədris ilində fəaliyyət göstərən "Masallı Təhsil Fondu"nun əməkdaşlarının iştirakı ilə I yarımilin yekunlarıyla bağlı növbəti görüş keçirildi. "Masallı Təhsil Fondu"nun köməyindən bəhrələnən tələbələrin uğurlu nəticələri Təhsil Fondunun əməkdaşlarının gərgin əməyinin nəticəsidir.
    2019/2020-ci tədris ilində "Masallı Təhsil Fondu" 45 nəfər müəllim ixtisası üzrə tələbələrə kömək məqsədi ilə onların müraciətləri qəbul edilmişdir.
    2023/2024-cü tədris ilində artıq onlar ali məktəbləri bitirərək müəllim kimi fəaliyyət göstərmək üçün MİQ imtahanlarından sonra vakant yerlərdə işlə təmin ediləcəklər.
    6 nəfər tələbələrimiz iki ixtisaslı olduqları üçün təhsillərini V kursda davam etdirəcəklər. Hər bir tələbə ikinci smestrdə təhsillərini davam etdirmək üçün birinci smestr imtahanlarının nəticələri barədə Akademik Transkriptləri təqdim ediblər.
    Sevindirici haldır ki, tələbələrimizin 5-nəfəri əla, digər tələbələr isə uğurlu nəticələr əldə etmişlər.
    Masallıda Millət Vəkili Məşhur müəllimin təhsilə göstərdiyi təmənnasız qayğıya görə rayonda erkən nigahın qarşısı alınmış və qızların təhsil almaqlarına maraq yüksəlmişdir.
    44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsi möhtərəm Prezidentimiz İlham Əliyevin prinsipial mövqeyi Respublikamızın bütün sahələrdə dinamik inkişafı təhsil sahəsinin inkişafında mühüm rol oynamışdır.
    2020/2021-ci tədris ilində qəbul olmuş, hazırda III kursda 36-nəfər,
    2021/2022-ci tədris ilində qəbul olmuş, hazırda II kursda 41-nəfər,
    2023/2024-cü tədris ilində qəbul olmuş, hazırda I kursda 44-nəfər tələbələr ikinci smestrdə təhsillərini davam etdirəcəklər.
    Yeni dərs ilində rayonun ümumtəhsil məktəblərinin 11-ci siniflərində təhsil alan qızlara ali məktəblərə hazırlaşmaq məqsədi ilə 200 adda test kitabları, riyaziyyat, azərbaycan dili və cavab kartları hədiyyə olaraq Fond tərəfindən şagirdlərə təqdim edildi. Bütün tələbələrə təhsildə uğurlar arzulayırıq.

    Hüseyn Hüseynov,
    "Masallı Təhsil Fondu"nun direktoru

    Rəmzi Şahverdiyev,
    "Masallı Təhsil Fondu"nun əməkdaşı




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR