Liv Bona Dea Hospital və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb.
Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospitalın” ın baş direktoru Taner Özbek imzalayıblar.
Sponsorluq müqaviləsinə əsasən, “Dalğa Arena” bundan sonra 4 il ərzində “Liv Bona Dea Arena” adlandırılacaq. Həmçinin Azərbaycan Premyer Liqası oyunlarında “Liv Bona Dea Hospital” tərəfindən tibbi dəstək veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.