AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Navalnı öz gələcək həyat yoldaşı Yuliya ilə Türkiyədə tanış olub...

  • + A
  • - A
  • 23-02-2024, 22:37

    Navalnı öz gələcək həyat yoldaşı Yuliya ilə Türkiyədə tanış olub...

    Firuz Mustafa yazır...
    ... Bu gün artıq gözlərini əbədi yummuş, 16 fevral 2024-cü il tarixdə Yamalo-Nenes dairəsinin Xarp qəsəbəsində yerləşən “Qütb canavarı” koloniyasında həlak olmuş Aleksey Navalnı az qala, vaxtilə deyildiyi kimi, “bütün bəşəriyyətin diqqət mərkəzindədir”.

    Rusiyanın bir çox mətbuat orqanlarının yazdığı kimi, hazırda onun həyat yoldaşı Yuliya “müxalifətin birinci ledisi” hesab olunur.
    Bəs bu xanım kimdir?
    Yuliya Borisovna (qızlıq familiyası Abrosimova) Navalnaya 1976 cıildə doğulub. Əri Aleksey ilə yaşıddır. Moskvalıdır. O, 5-ci sinifdə oxuyarkən ata-anası boşanıb. Ana ikinci dəfə ailə qurub.
    Yuliya ixtisasca iqtisadçıdır. Aspiranturada təhsil alıb, bankda çalışıb. O, gələcək əri ilə 1998-ci ildə Türkiyədə tanış olub, 2000-ci ildə isə ailə qurub. Onların iki övladı var.
    Məlum olduğu kimi, Aleksey də Moskvalıdır, hüquqşünas və maliyyəçidir. Onun atası hərbçi, anası iqtisadçıdır. Atası, əslən Ukraynadan olan Anatoli vəfat edib. Anası Lyudmila hesabdar işləyib, hazırda kiçik bizneslə məşğuldur. Ailənin ikinci oğlu Oleq də vaxtilə həbs olunub, hazırda axtarışdadır.
    Gənc Navalnılar-Yuliya və Aleksey bir-birini sevərək ailə qurublar. Onlar daim bir yerdə olublar. Sonuncu dəfə Aleksey həbs olunanda görüşüblər.
    Rusiya mətbuatının yazdığından belə məlum olur ki, Alekseyin anası Lyudmila ilə Yuliya arasında bir soyuqluq hiss olunur. Bunu yetmiş yaşlı Lyudmilanın çıxışlarından da sezmək olur. Səbəblər müxtəlif ola bilər.
    Hakimiyyətyönlü Rus mediası onu da vurğulayır ki, Yuliya guya haçansa hansı kişilərləsə görüşüb, onlarla sevgi yaşayib. Hətta, fotoşəkillər də dövriyyəyə buraxılıb. Amma sonra məlum olub ki, bu anonim kişilər əslində yerli-dibli mövcud deyildir, fotolarsa montaj edilib...
    Yuliya müsahibələrində daim vurğulayıb ki, o, siyasətçi olmaq yox, siyasətçinin arvadı olmaq istəyib. Amma baş verən son hadisələr, xüsusən ərinin ölümü, onu siyasətə gətirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR