AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DVX verigini bizdən alacaq, yoxsa xarici şirkətlərdən?

  • + A
  • - A
  • 29-02-2024, 16:05

    DVX verigini bizdən alacaq, yoxsa xarici şirkətlərdən?


    Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında maraqlı məsələyə toxunub. Osman Gündüz yazır:
    "Ötən il Azərbaycanda “Google vergisi” ödəyən xarici qurumlar olubmu və nə qədər vergi ödəyiblər ?

    Ötən ilin sonu Nazirlər Kabineti maraqlı bir sənəd qəbul edib. Hökumət nəhayət ki, ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətləri də (Google, Facebook, Apple, Netflix, Twitter, Amazon və s.) vergiyə cəlb etməyi nəzərdə tutan yeni Qaydaları təsdiqləyib. Bu Qaydalara görə adı çəkilən şirkətlər DVX-nin elektron platformasında vergi uçotuna düşməlidirlər.

    Qonşu ölkələr bir neçə illər öncədən “Google vergisi” adlanan bu sənədi qəbul ediblər.
    Statistikalarına nəzər salsaq görərik ki bu ölkələrdə yüzlərlə xarici şirkətlər vergi uçotuna alınıblar və onlardan milyonlarla vergi toplanıb.
    Avropada isə on illər öncədən qlobal şirkətlər üçün bu praktika tətbiq edilirdi.

    Azərbaycanda isə Dövlət Vergi Xidməti bu vergini, yəni xaricdən alınan xidmət və məhsulara görə ƏDV-ni elə vergi ödəyicisi olmayan bizim vətəndaşlardan tuturdu. Yeri gəmişkən, bir çox qurumlar və şəxslər də bu vergini verməmək üçün xarici bank kartlarından ödənişlər edirdi.
    Yəni Google-dan 100 manatlıq bir xidmət üçün vətəndaş bizim bank kartı ilə təxminən 120 manatadək ödəniş etməliydisə, xarici bank kartı ilə elə həmin 100 manatı ödəyirdi.

    İndi isə DVX bu vergiləri bu xidmətləri təqdim edən, uçota alınan xarici şirkətlərdən almağı hədəfləyib.

    Düşünürəm ki, çox doğru addımdır, təəssüf ki bu sahədə xeyli gecikdik, bu qaydalar çoxdan qəbul edilməliydi.
    Biz bu istiqamətdə əvvələr də hökumətə xeyli təkliflər vermişdik . Təəssüf ki o zamanlar hökumət vergiləri xarici şirkətlərdən almaq əvəzinə elə öz vətəndaşlarımızdan almağa üsütnlük vermişdi.

    Görəsən DVX vergiləri xarici şirkətlərdən ala biləcəkmi?
    Həmin qurumlardan hansılar indiyədək DVX-nin platformasında qedyiyyatdan keçiblər və VÖEN əldə ediblər ? İndiyədək "Google vergisi" ödəyən olubmu?
    Maraqlı bir məqam həm də ondan ibarətdir ki, vergi uçotuna cəlb olunan xarici şirkətlər Azərbaycan üçün nəzərdə tutulan xdimətləri bahalaşdıra da bilərlər.

    Yuxarıda adı çəkilən qaydalar qüvvəyə minəndən sonra bizim vətəndaşlardan bu tip vergilərin alınmasını nəzərdə tutan köhnə qaydaların ləğv edilməsi də məntiqli olardı.

    Ümid edirəm DVX bununla bağlı ağlabatan bir açıqlama verəcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR