AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər saxlanılıb - DİN

  • + A
  • - A
  • 9-04-2024, 19:32

    Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər saxlanılıb - DİN

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar.

    Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.

    DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR