Orta ixtisas təhsil müəssisələrində yoxlamalar davam edir. Bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Azadmedia.az-a bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb. Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.