AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

  • + A
  • - A
  • 10-05-2024, 17:58

    BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

    Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.
    Müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb. Onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir.
    Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən, 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR