Yaxın günlərdə ilk 50 keçmiş məcburi köçkün ailəsinin Xocalı şəhərinə qaytarılması planlaşdırılır. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Mirzəyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, davamlı köçürmə və iqtisadi reinteqrasiya üçün lazımi şərait yaradılır.
“Böyük qayıdış” Dövlət Proqramı çərçivəsində Xocalı şəhəri yenidən qurulur. Yaxın günlərdə keçmiş məcburi köçkünlərin ilk 50 ailəsi Xocalıya qayıdacaq. Onlar yeni və bərpa olunmuş yaşayış binalarında yerləşdiriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.