AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Partiya rəhbərinə namizəd olmuş şəxs qətlə yetirilib

  • + A
  • - A
  • 14-05-2024, 16:41

    Partiya rəhbərinə namizəd olmuş şəxs qətlə yetirilib

    Müsavat Partiyasına başqanlığına namizəd olub, namizədliyini geri götürən Natiq Mehdi qətlə yetirilib.
    DİN-in Mətbuat xidmətindən bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

    Araşdırmalarla 1964-cü il təvəllüdlü Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
    Mərhum məktəbdə gözətçi işləyib. Basta-nın verdiyi məlumata görə mərhumdan günlərdir xəbər olmayıb, ailəsi itkin düşməsi ilə bağlı polisə məlumat vermişdi.

    Hazırda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR