AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hədəfimiz tibbi xidmətlərin hər kəs üçün əlçatan olmasıdır"

  • + A
  • - A
  • 17-05-2024, 14:13

    "Hədəfimiz tibbi xidmətlərin hər kəs üçün əlçatan olmasıdır"


    Hədəfimiz tibbi xidmətlərin hər kəs üçün əlçatan olmasıdır.
    Azadmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna təşkil edilən media-tur zamanı Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib. Agentlik rəsmisi qeyd edib ki, artıq 3-cü ildir ki, Lənkəran rayonunda icbari tibbi sığorta sistemi tətbiq edilir: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı artmaqdadır. Xəstəxanaya 2021-ci ildə 108 800-dən çox, 2022-ci ildə 191 000-dən çox müraciət daxil olub. Ötən ilin göstəricilərinə görə isə müraciət sayı 2022-ci illə müqayisədə 53% artaraq 293 196-ya çatıb. 3 il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 milyondan çox tibbi xidmət göstərilib ki, bunlardan 1 milyon 750 000-dən çoxu ambulator, 318 600-dən çoxu stasionar şəraitdə göstərilib. Son 3 il ərzində 21 604 cərrahi xidmət icra olunub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR