“Barselona”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin UEFA-nın maliyyə vəsaitlərinin mənimsənilməsində iştirak edə bilərlər. Bu barədə “Obyektiv” məlumat yayıb.
Mənbənin sözlərinə görə, həmin şəxslərin virus pandemiyası səbəbindən kəsilən maaşlarının bir hissəsinin kompensasiyasını almaq üçün Avropa Futbol Assosiasiyaları İttifaqının vəsaitlərini futbolçulara “yönləndirməyə” cəhd etdiklərini göstərən mətn mesajları və səs yazıları aşkar edilib.
COVID-19 pandemiyası zamanı Kataloniya komandasının rəhbərliyi futbolçuların maaşlarını 70% azaltmaq niyyətində idi. Vəsaitlərin "yönləndirilməsi" haqqında söhbət ilk dəfə 2020-ci ilin yazında, Pike Messinin maaşlarının kəsilməsi ilə bağlı narahatlığını Rubialesə çatdıranda gündəmə gəldi. Bundan sonra Rubiales Çeferinlə əlaqə saxlayıb və UEFA-nın vəsaiti hesabına ona maaşlarını kompensasiya etməyi təklif edib.
Messi 2021-ci ildə "Barselona"dan ayrıldı, PSJ-yə keçdi, iki il oynadı və ABŞ-a köçdü və hazırda "İnter Mayami"də oynayır. Pike 2022-ci ildə karyerasını başa vuracağını açıqlayıb. Rubiales 2023-cü il Qadınlararası Dünya Kubokundan sonra futbolçu Cenni Hermoso ilə öpüşmə qalmaqalına görə vəzifəsindən uzaqlaşdırılıb. Çeferin vəzifəsini davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.