AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ekoloji maarifləndirmə seminarı keçirildi / FOTO

  • + A
  • - A
  • 30-05-2024, 18:37

    Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ekoloji maarifləndirmə seminarı keçirildi / FOTO

    Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar keçirilib.

    QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rəfail Nəsirov, Kollecin müəllimi və tələbələri iştirak ediblər. Layihə rəhbəri Əli Mirzəyev layihə və onun məqsədləri haqqında ətraflı məlumat verib.

    Seminar iştirakçılarının nəzərinə çatdırılmışdır ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasıdır və bu onların ictimai həyatda fəal iştirakını təmin edəcəkdir.

    Layihə Şirvan şəhərində, Kür çayının sağ və sol sahillərində ekoloji tarazlığın qorunması sahəsindəki problemlərin həllinə yardım etmək məqsədi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini və bu tədbirlərə əsasən gənclərin cəlb edilməsini nəzərdə tutur. Gənclərin əhali arasında maarifləndirmə işlərinə cəlb edilməsi təkcə ekoloji problemlərin həllinə yönəlmir, eyni zamanda onların ictimai, sosial proseslərə inteqrasiyasını təmin edir.

    Kollecin müəllimi A. Dadaşova və tələbələr R. Cəfərova, S. Əlizadə müzakirələrdə fəal iştirak ediblər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR