AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Agentliyin dəstəklədiyi layihədə məqsədimiz gəncləri maarifləndirmək idi"- QHT sədri

  • + A
  • - A
  • 31-05-2024, 18:20

    "Agentliyin dəstəklədiyi layihədə məqsədimiz  gəncləri maarifləndirmək idi"- QHT sədri


    “Əgər 2020-ci ilə kimi vətəndaş həmrəyliyimiz vətənə sevgidən güc alırdısa bu gün bu həmrəyliyimizi 44 günlük müharibədə qazandığımız tarixi qələbə daha da möhkəmləndirmişdir. Qələbəmizi qoruyub saxlamaq, azad olunmuş torpaqlarda quruculuq işləri aparmaq, beynəlxalq birliklərin qərəzli niyyətlərinin qarşısında dayanmaq üçün vətəndaş həmrəyliyimizi hər daim qoruyub saxlamağı bacarmalıyıq”,-bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində Zaqatala rayonunun Göyəm kəndində keçirilən maarifləndirici tədbirdə layihənin eksperti İbrahim İbrahimov deyib.


    QHT.az xəbər verir ki, bu barədə “Yeni Fikir” JHİB sədri Elmira Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, tədbir şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb, layihənin rəhbəri iştirakçıları layihənin məram və məqsədi ilə tanış etdikdən sonra sözü ekspertə verib. Ekspert qeyd edib ki, bu gün savaş döyüş meydanında bitib. Bu müharibə bizlərə kimin dost, kimin düşmən olduğunu bir daha aydın göstərdi. Maskalanmış dövlətlərin iç üzünü açan qələbəmiz onu göstərdi ki, biz bir an da olsa ayıq-sayıqlığımızı itirməməliyik. Biz birlikdə güclüyük, bütün qələbələrin rəhni məhz birliyimiz və həmrəyliyimizdir.

    Maarifləndirici dəyirmi masada çıxış edən gənclərdən Vəlili Pınar, Vəlizadə Səma, Permadov Nicat vətən müharibəsində Azərbaycan ordusunun qələbəsindən qürur duyduqlarını bildirir, torpaqlarımızın azad edilməsində həyatından keçən şəhidlərin əziz xatirəsini heç zaman unutmayacaqlarını bildirirlər. Onlar qeyd edirlər ki, bu qələbənin əldə saxlanılması üçün əllərindən gələni etməyə hazırdırlar.

    Göyəm kənd orta məktıbinin ədəbiyyat müəllimi Sevər Orucova şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün məktəbdə mütəmadi olaraq iş aparıldığını bildirir. Qeyd edir ki, istər birinci Qarabağ savaşında, istərsə də 44 günlük müharibədə bu məktəbin onlarla məzunu iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur. Onlardan Abakar Hacıyev və Mahmud Xudaverdiyev şəhid olmuşlar. Şəhidlərimizin simasında şagirdlərimizə vətən dərsi keçirik, onlara həmrəy olmağın necə böyük uğurlara apardığını aşılayırıq.

    Dəyirmi masaya fəxri qonaq kimi dəvət olunan Şuşada keçirilən birinci Xarı Bülbül festivalının iştirakçısı, bu kəndin sakini, tanınmış tanbur çalan Məhəmməd Məhəmmədov iştirakçılara öz xatirələrindən danışmış, qədim musiqi aləti olan tanbur üçün yazdığı mahnıların vətənpərvər ruhda olmasından qürur duyduğunu qeyd etmişdi. Onun Cıdır düzündə avar dilində oxuduğu mahnı həm sözlərinin, həm də musiqisinin səmimiliyi ilə ürəkləri fəth edib.

    İştirakçılar dəyirmi masadan xoş təəssüratla ayrılmış, belə tədbirlərin həqiqətən, dəyərlərimizin qorunmasında çox mühüm rol oynadığını vurğulamışlar.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR