AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub

  • + A
  • - A
  • 2-06-2024, 10:55

    Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub

    Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regiona qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparıb və zəruri məlumatlar veriblər. Vətəndaşlara izah olunub ki, kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid edilməməli, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.
    Əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının yaxınlığında xəbərdaredici elanlar yerləşdirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR