AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir

  • + A
  • - A
  • 3-06-2024, 21:12

    38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir

    Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova övladının qızdırmasından panikaya düşən valideynlərə tövsiyə verib. Aynur xanım bildirib ki, temperatur 38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir
    - Bildiyimiz kimi, uşaqlar xəstələnəndə onlarda tez-tez yüksək hərarət müşahidə olunur. Çox vaxt valideynlər həkimə müraciət etmədən temperaturu dərhal salmağa cəhd göstərir. Aynur xanım, bu nə qədər doğru qərardır? - sualına pediatr cavab verib ki, termorequlyasiyaya nəzarət beyində yerləşən hipotalamus tərəfindən həyata keçirilir. Normada bədən temperaturu 36 - 37⁰C olmalıdır. Amma gün ərzində hipotalamus dəridə olan reseptorlarla əlaqəyə girərək, soyuq, isti, stress və digər faktorlar termorequlyasiyaya təsir edir.

    Bilmək vacibdir ki, hərarət homeostazın, yəni orqan və sistemlərin daxili mühitinin sabitliyinin əsas göstəricilərindən biridir və diaqnoz qoymaq üçün spesifik simptom deyil. Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Onu patogen mikrofloraya qarşı orqanizmin cavab reaksiyası kimi də qiymətləndirmək olar. Mikrobların təsiri nəticəsində orqanizmin immun sisteminin fəaliyyətə keçməsi və temperaturun yüksəlməsi baş verir. Bu zaman həmin mikroblara qarşı xüsusi növ hüceyrələr yaranır:

    "Qeyd etmək istərdim ki, ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR