AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

  • + A
  • - A
  • Bu gün, 08:44

    Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

    Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Avropadakı biznes fəaliyyətində mühüm dəyişiklik edib. Azadmedia.az xaricdə yaşayan bloger Cavanşir Həsənlinin sosial mediada yaydığı məlumata istinadən xəbər verir ki, Babayevaya məxsus Lüksemburqda qeydiyyatda olan “MERCURY HOLDİNGS Sàrl.” şirkəti 2017-ci ildən 2024-cü ilin yanvarına qədər fəaliyyət göstərib. Şirkətin fəaliyyətinin ilk ilində aktivlərinin həcmi 82,3 milyon avro təşkil edib.

    Aliyə Babayeva 2023-cü ilin fevralında eyni adlı şirkəti Böyük Britaniyada təsis edib. Lüksemburqdakı şirkətin ləğvindən dərhal sonra, bu ilin yanvarında, yeni qurumun benefisiarı kimi Britaniya Şirkətlər Evində qeydə alınıb.

    Babayevanın əsas biznes istiqamətlərindən biri sığorta sahəsidir. O, Avropadakı şirkəti vasitəsilə Gürcüstanın sığorta bazarında fəaliyyət göstərən JSC “PRIME INSURANCE” şirkətinə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına əsasən, şirkətin aktivləri 11 milyon 828 min lari olub.

    Qeyd edək ki, Heydər Babayev 2005–2008-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR