AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mil-Muğan İqtisadi Rayonlarında Kooperativ Təsərrüfatlarının Yaradılmasına Dəstək Layihəsi Başladı

  • + A
  • - A
  • 4-06-2024, 09:24

    Mil-Muğan İqtisadi Rayonlarında Kooperativ Təsərrüfatlarının Yaradılmasına Dəstək Layihəsi Başladı

    “Mil-Muğan iqtisadi rayonlarında kooperativ təsərrüfatının yaradılmasına dəstək” layihəsinin icrasına start verilib.


    QHT.az xəbər verir ki, təşkilatın sədri Novruz Əliyevin məlumatına görə, “Araz” Heyvandarlıq Südçülük İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mil-Muğan İqtisadi rayonlarında kooperativ təsərrüfatının- yaradılmasına dəstək” adlı layihənin 01.06.2024- cü il tarixdən icrasına başlayıb.

    “Mil-Muğan iqtisadi rayonlarında aqrar sektorda çalışanların istər bitkiçilik, istər heyvandarlıq sahəsi ilə məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin təşəbbüslərin dəstəklənməsilə yeni layihəyə start verib.

    Layihə 3-ay ərzində davam edəcək. Layihənin əsas məqsədi Beyləqan, İmişli rayonlarının kəndlərində fəaliyyət göstərən xırda pay torpaq mülkiyyətçilərin torpaq payının az olması, əkinçilik, heyvandarlıq sahəsində yeni sortların əldə edilməməsi, məhsul istehsalının və sentnernin aşağı düşməsidir (sorğular əsasında zəif inkişaf edən fermerlər dəvət olunacaq).

    Layihənin əsas məqsədi kənd təsərrüfatında məsuldarlığı təmin etmək, daha çox məhsul istehsalını gücləndirmək üçün ən qənaətcil yol olan Kooperativ təsərrüfatlarının yaradılmasının təşviq edilməsi kəndlərdə könüllü olaraq kooperativ modelləri, onların üstün cəhətlərilə bağlı tədbirlər seminarlar təşkil olunacaq. Əyani vəsaitlərin, broşurların və.s paylanması layihə rəhbəri, layihə Eksperti tövsiyələr verərək könüllü olaraq kooperativ təsərrüfatın yaradılmasını nəzərdə tutulur.

    Yekunda dəyirmi masa təşkil olunaraq. Müzakirələr əsasında fermerlərin çətinliklərini aradan qaldırmaq məqsədi ilə tövsiyyələr veriləcək. Eyni zamanda KTN-ə həmin Fermerlərin təkliflərinlə bağlı Təkliflər Paketi hazırlanıb göndərləcək. Layihə çərçivəsində Təşkilat rayon icra hakimiyyətinin əməkdaşları, KTN-in Dövlət Aqrar İnkişaf Mərkəzləri, bələdiyyələrlə sıx əməkdaşlıq edərək layihənin uğurla başa çatmasına nail olacaq və fəaliyyət göstərəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR