AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb

  • + A
  • - A
  • 4-06-2024, 13:54

    “Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb

    Müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə *2133* manat pul vəsaitlərini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub. Onun daha iki nəfərin kartında olan *6000* və *310* manatı ələ keçirdiyi məlum olub.

    Qeyd edək ki, R.Məmmədov “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.
    Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR