Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT təmsilçiləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələri ilə tanış olub. Onlar Balaxanı Sənaye Parkında, Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların zərərsizləşdirilməsi, çeşidlənməsi prosesini izləyib, tullantıların içərisində tapılan qiymətli əşyaların sərgiləndiyi guşəyə baxış keçiriblər. Ziyarətçilərə tullantıların ətraf mühitə təsiri və təkrar emal imkanları ilə bağlı ətraflı məlumat verillib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.