“Müxtəlif dövrlərdə tarixi torpaqlarımızdan, indiki Ermənistan ərazisindən qovulan soydaşlarımızın sonuncu deportasiyada qovulan insanlarımızın, şəhərlərimizin, kəndlərimizin siyahısı tərtib edib yekunlaşdırdıq”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, 1990-cı ildə belə bir siyahı tərtib olunsa da, bu siyahılar tam deyildi:
“Demək olar ki, yarımçıqlıq vardı. Bu da səbəbsiz deyil. Çünki insanlarımızın hamısı ölkəmizə pənah gətirməmişdi. Müxtəlif ölkələrə köçmüşdülər. Misal üçün Gücüstana, Rusiyaya üz tutmuşdular. Amma Qərbi Azərbaycan İcması yaranandan sonra bizim dünyada yaşayan soydaşlarımızla əlaqə saxlamaq imkanlarımız yarandı. Bildiyiniz kimi, icmanın strukturu elədir ki bizim indiki Ermənistan ərazisinin bütün rayonları, eləcə də azərbaycanlılar yaşamış bütün kəndləri üzrə kənd və rayon icmalarımız fəaliyyət göstərir. biz onların vasitəsilə Qərbi Azərbaycan həqiqətlərini, həmin kəndlərdə baş verən hadisələri, insanları, toponimləri, abidələrimizi pirlərimizi, qəbiristanlılqlarımızı mükəmməl öyrənə bilirik”.
Əziz Ələkbərli xaricdə yaşayan soydaşarımızın siyahıya alınması məsələsinə də aydınlıq gətirib:
“Sonuncu deportasiya zamanı yəni 1987-1991-ci illərdə insanlarımız Azərbaycanın əksəriyyət bölgələrinə səpələniblər. Qərbi Azərbaycandan olan soydaşlarımız yaşayan yerlərdə nümayəndəliklərimiz də var. Bu gün belə nümayəndəliklər Fransada, Niderlandda Türkiyənin bir çox bölgələrində fəaliyyət göstərir və biz bu işi davam etdiririk. Bu vasitə ilə xaricdə yaşayan Qərbi Azərbaycanlılarla əlaqə saxlamağı bacarırıq. Onları Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi uğrunda fəaiyyətimizə səfərbər edə bilirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.