AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verilib

  • + A
  • - A
  • 4-06-2024, 17:27

    “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verilib


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.06.2024-cü il tarixində “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verib.

    QHT.az xəbər verir ki, təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, layihənin ideyası 0-8 yaşadək uşaqların valideynlərini və maraqlı tərəfləri Erkən Uşaqlıq Dövründə inkişafın vacibliyi, sosial, fiziki və əqli inkişafı, düzgün qidalanma, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafının stimullaşdırılması ilə bağlı maarifləndirməsindən ibarətdir.

    Layihədə Nümunəvi Valideynlik İnstitutunun yaranması üçün tədbirlər həyata keçiriləcək. Həm ailə qurmaq ərəfəsində olan gənclər həm də 0-8 yaş arası uşaqların valideynləri ilə iş aparılacaq.

    Qeyd edək ki, layihə 3 ay müddətində 4 rayonda (Ağdam, Bərdə,Tərtər və Goranboy) həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR