AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada gənclər arasında mədəni irsimizin təbliği layihəsi icra olunur - FOTOLAR

  • + A
  • - A
  • 13-06-2024, 10:49

    Qubada gənclər arasında mədəni irsimizin təbliği layihəsi icra olunur - FOTOLAR

    Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində Nə? Harada? Nə zaman? intellektual oyun formatında turnir keçirilib.

    QHT.az xəbər verir ki, yarışda Quba rayonunun Zərdabi, Barlı, Bağbalı qəsəbələrində, Amsarqışlaq və Qəcərzeyid kəndlərindən olan 25 nəfər yeniyetmə və gənc 5 komanda tərkibində mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

    Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Qəcərzeyid kəndini təmsil edən eyniadlı komanda qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Zərdabi qəsəbəsini təmsil edən “İstiqlal” və Barlı qəsəbəsini təmsil edən “Viktoriya” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonunun Qaraçay qəsəbəsində, Digah və Hacıqayıb kəndlərində seçim turnirləri keçirilib. Növbəti günlərdə Quba rayonunun Birinci Nügədi və Küpçal kəndlərində də daha 2 zona seçim turları təşkil ediləcəkdir.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR