Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi orta qrant proqramı çərçivəsində maliyyələşdirilən “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən Qeyri- Hökumət Təşkilatları, təşəbbüs qrupları və icma fəalları üçün yeni tələblərə uyğun layihə təkliflərinin yazılış qaydalarına həsr olunmuş təlimlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı layihədə QHT-lərə və vətəndaş cəmiyyətinin digər iştirakçılarına texniki xidmətlər istiqamətində fəaliyyətlər göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə 4 ay müddətinə icra olunaraq regionda fəaliyyət göstərən 30-a yaxın təşkilat və təşəbbüs qruplarını əhatə edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.