AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı xəbərləri təkzib etdi

  • + A
  • - A
  • 6-10-2024, 17:00

    Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı xəbərləri təkzib etdi

    Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

    Bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze müvafiq şayiələrə münasibət bildirərkən deyib.

    “Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanımaqla və ölkənin konfederal strukturuna keçməklə ölkəni birləşdirəcək”, - deyə o, Feysbukda yazıb.

    “Heç bir tanınma və ya oxşar antimilli məsələlər nəzərdən keçirilmir, o cümlədən konfederasiyaya razılıq, bu da işğal olunmuş ərazilərin tanınması deməkdir”, Mdinaradze qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR