AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib

  • + A
  • - A
  • 16-05-2023, 13:07

    Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib

    Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib

    Heydər Əliyev – Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilmiş dünya şöhrətli siyasi xadim, üfüqdə parlayan bir günəş.

    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev irsi milli sərvətimizdir.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider in mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamışdır.
    Heydər Əliyev siyasi dühası siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis hallarının aradan qaldırılmasında inkaredilməz faktdır. Azərbaycançılıq ideyasına sadiq olan, onu qoruyan və yorulmaz təbliğatçısı olan Heydər Əliyev ana dilimizin inkişafı, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi sahəsindəki düşünülmüş və məqsədyönlü tədbirləri xalqımızın dünya birliyində layiqli yerinin tutmasına, millətimizin millətlər içərisində liderə çevrilməsinə nail olmuş şəxsiyyətdir.
    Azərbaycandan olan yüksək səviyyəli qonaqlarla Şimali Osetiya-Alaniya parlamentinin deputatları arasında görüş olub. Görüşdə Azərbaycan və Osetin xalqları arasında dostluğun daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
    Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib. Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirdə yerlli, eləcə də Azərbaycandan rəsmi qonaqlar iştirak ediblər. Belə ki, tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdir müavini Əli Baytalov, Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə, eləcə də Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuza Gülməmmədov, Vladiqafqaz şəhərinin meri Vyaçeslav Mildzizxov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Şimali Osetiya-Alaniya milli siyasət və xarici əlaqələr naziri Alan Bağıyev, Şimali Osetiya-Alaniya parlamentinin deputatları: Kuçiyev Qariy, Kozayev Georgi, Şimali Osetiya-Alaniyanın mədəniyyət naziri Eduard Qalazov qatılıblar. Bununla yanaşı, tədbirə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya üzrə nümayəndələri, Daxili İşlər Nazirliyinin nümayəndələri, Şimali Osetiya-Alaniya üzrə Gömrük Xidmətinin və Şimali Osetiya-Alaniya üzrə Sərhəd Xidmətinin nümayəndələri, Şimali Qafqazdakı Azərbaycan ictimai təşkilatlarının sədrləri, eləcə də Şimali Osetiya-Alaniyadakı bütün digər milli-mədəni ictimai təşkilatların sədrləri də iştirak ediblər.
    Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ömür yolu, Azərbaycan xalının həyatında rolu barəsində tədbir iştirakçılarına məlumat verdi.
    Heydər Əlirza oğlu Əliyev 1923-cü il 10 may tarixində Naxçıvanda sadə dəmiryolçu ailəsində dünyaya göz açmışdır. Dünyaya göz açması Türk dünyasının tənəzzülünə təsadüf etmiş Ulu öndərimiz, türk-müsəlman dünyasının intibnahına öz töhfəsini verdi.

    Dünya siyasi arenasında tarix yazmış ictimai-siyasi xadimlərdən danışanda, bu arenada möhtəşəm iz buraxmış, dünya şöhrətli, siyasi xadim kimi ilk ağıla gələnlərdən bəlkə də ən birincisi Heydər Əliyev dühası olur. Rusiya-Azərbaycan iqtisadi və siyasi, dostluq-qardaşlıq münasibətlərində, Diaspora quruculuğunda və inkişafında xüsusi yeri olan ümummilli lider Heydər Əliyev irsi haqqında nə deyərdiniz?
    — SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutmuş, böyük siyasətçi Heydər Əlirza oğlu Əliyev dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi və iqtisadi inkişafına nail olmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətinin uğurlu strategiyasının təzahürü milli- mənəvi dəyərlərimizin qorunması, elmin inkişafı, təhsil səviyyəsinin yüksəldilməsi , vətəndaşlarının sosial həyat tərzinin yaxşılaşdırılması, tərəqqiyə yol alması və dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin mükəmməl dövlətçiliyimizin formalaşmasında, sürətli inkişafı prosesinə cəlb edilməsi kimi qeyd olunmalıdır.
    Azərbaycan həm coğrafi mövqeyinə, həm də iqtisadi potevsialına görə həmi.ə diqqət mərkəzində olmuş dövlətləerdən biridir. Respublikamız 11 iqlim qurşağından 9-nu özündə ehtiva edir. Bu amil Azərbaycanın təbii ehtiyatlarla zənginliyinin əsas faktorlarındandır.
    Ölkəmizə strateji mövqeyinə görə maraq göstərən hegemon dövlətlərdn biri də Rusiya olub. Coğrafi qonşuluğu və yuxarıda sadaladığımız amillər bu xalqların məcburi yaxınlaşmasına səbəb olub. Bu gün qarşlıqlı münasibətlər iki müstəqil dövlətin strateji tərəfdaşlığına çevrilib və hətta qohumluq əlaqələri sürətlə inkişaf edib.
    Ümummilli lider Heydər Əliyev Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələlərinin həlli istiqamətində sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə, "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun və 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Bütün bünlar dünya azərbaycanlılarının koordinasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
    Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı İlham Əliyev güclü dövlət konsepsiyası nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırıb, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazıb - tarixin yaddaşına əbədi həkk olunub. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.
    Tədbir iştirakçıları “Xalqlar Dostluğu” adlı tədbir başmazdan əvvəl şəhərin mərkəzində ucaldılan 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ziyarət olunub, bu döyüşlərdə vəfat edən azərbaycanlıların və digər döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına “Fatihə” oxunaraq dua edilib.
    Vladiqafqazda Ardonski qəsəbəsinin Rassvet kəndində Böyük Vətən müharibəsi zamanı azərbaycanlılardan ibarət 3 diviziya döyüşüb. Buna görə də həmin kənddə qəhrəmancasına həlak olan soydaşlarımızın şərəfinə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən xatirə abidəsi qoyulub. 5 mayda bu abidəni də ziyarət ediblər. Nəzərə çatdıraq ki, gələn ilin mayın 9-a kimi Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü ilə orada böyük xatirə heykəl ucaldılacaq.
    Ardınca Şöhrət Xiyabanında Qafqaz uğrunda döyüşlərdə Osetiyanın azad edilməsində iştirak etmiş 40476 Azərbaycan əsgərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Anım mərasimində Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanıların rolundan danışıb: “İkinci Dünya müharibəsində soydaşlarımız misilsiz qəhrəmanlıqlar göstərib. Xalqımızın igid oğullarının əziz xatirəsini hər zaman dərin ehtiramla yad edirik”. Daha sonra digərləri çıxış edərək soydaşlarımızın İkinci Dünya müharibəsində, o cümlədən Şimali Osetiya torpaqlarının qorunması uğurunda gedən döyüşlərdə göstərdikləri şücaətdən danışıblar.
    Qeyd: Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” fəxri prezidenti Şahin Məmmədov “Hacı Zeynalabdin Tağıyev adına Qızıl Medal”a layiq görülüb, Gəncə şəhər İcra Hakimiyyətinin Fəzri Diplomu ilə təltif olunub.

    Murtuza Gülməmmədov,
    Şimali Osetiya-Alaniya Respublikası
    Azərbaycanlıları Konqresinin sədri







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR