Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə təkrar parlament seçkilərinin keçirilməsinə çağırıb.
Zurabişvili oktyabrın 26-da keçirilən səsverməni etibarlı hesab etməyib.
“Ölkədə seçkilər baş tutmayanda onların yenidən, mümkün qədər tez keçirilməsi zəruridir”, - deyə Zurabişvili bildirib. O əlavə edib ki, seçkilərə görə ölkə “sabitliyin pozulması və ikili hakimiyyət” yoluna düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.